Cihadçılar tərəfindən həyata keçirildiyi güman edilən hücumda ən azı 60 Niger əsgəri həlak olub. Bu barədə RFI radiostansiyası mənbələrə istinadən məlumat yayıb.
Bundan əvvəl ölkənin Müdafiə Nazirliyi 29 nəfərin öldüyünü açıqlamışdı. Bununla belə, RFI-nin istinad etdiyi şahidlərin sözlərinə görə, itkilər azı 60 nəfər olub. Radiostansiyanın məlumatına görə, Nigerdə üç günlük milli matəm elan edilib. (Tass)