Nikaraquanın həmsədrləri Daniel Orteqa və Rosario Murillo Rusiya prezidenti Vladimir Putinə həmrəylik mesajı göndərərək, NATO tərəfindən dəstəklənən Ukrayna neonasizmi ilə mübarizədə Rusiyaya dəstək olduqlarını bəyan ediblər.
“Nikaraqua hökuməti və xalqı Rusiyanın NATO tərəfindən dəstəklənən Ukrayna neonasizminə qarşı apardığı qəhrəmancasına mübarizəni tanıyır və qətiyyətlə dəstəkləyir”, mətni çərşənbə günü yerli rəsmi El 19 digital portalı tərəfindən dərc edilən mesajda deyilir . O, həmçinin “Rusiya xalqını və dünyada sülhü müdafiə edən yaxınlarını” itirmiş rus ailələri ilə həmrəylik ifadə edir. “Biz Rusiyanın bu şər qüvvələr, hegemon güclər, faşizm üzərində qələbə çalacağına əminik”, – Orteqa və Murillo vurğulayıblar. “Rusiyanın qələbəsi bəşəriyyətin qələbəsidir”.
Nikaraqualı həmsədrlər həmçinin qeyd ediblər ki, Moskva “öz xalqının həyatını, Rusiyanın qanuni ərazilərini, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün xüsusi hərbi əməliyyat keçirir”. “Nikaraqua hökuməti və xalqı adından biz Donetsk, Xerson, Luqansk və Zaporojya vilayətlərini Rusiya Federasiyasının ərazisinin ayrılmaz hissəsi kimi tam dəstəklədiyimizi və tam tanındığımızı bildiririk”, – mesajda vurğulanır. Orteqa və Murillo Putinə cansağlığı və rifah, Rusiya xalqına isə firavanlıq arzulayıblar. (Tass)