19digital xəbər portalı xəbər verir ki, Nikaraquanın mərkəzində sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada ən azı 16 nəfər həlak olub. Hadisə dekabrın 23-də baş verib, avtomobil Matagalpa departamentinin Mancera bələdiyyəsi yaxınlığında aşıb. Qəza zamanı avtobusda təxminən 70 nəfər olub.
KİV-in məlumatına görə, ölənlər arasında 6 azyaşlı da var. Bundan başqa, 20-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb və onlara tibbi yardım göstərilib. Səlahiyyətlilər hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalara başlayıb. İlkin məlumata görə, avtobusun aşmasına səbəb körpünün hasarına çırpılması olub. (Nevs.ru)