İyul 31, 2025-9:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb, açarlar təqdim olunub

2025:07:24 - 15:15
in SOSİAL
A A

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdərə rayonunun Həsənriz kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrin növbəti köçü baş tutub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iyulun 24-də növbəti köç karvanı ilə Ağdərə rayonunun Həsənriz kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

Bu mərhələdə Həsənriz kəndinə 30 ailə – 114 nəfər köçürüldü.Ailələrə evlərin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, doğma yurdlarına köç edən sakinləri təbrik edərək, onlar üçün kənddə hər cür şəraitin yaradıldığını bildirib:

“Həsənriz kəndi kommunal baxımdan tam təmin olunub — su, qaz, işıq və internet xidmətləri aktivdir. Bu infrastruktur təminatı köçün davamlılığını və rahat yaşayışı dəstəkləmək üçündür”.

S. Qəhrəmanov, sakinlərin işlə təminatında da köməklik göstəriləcəyini deyib.

Qeyd edək ki, bununla da Ağdərə rayonunun Həsənriz kəndində məskunlaşan ailələrin sayı 160 oldu. 566 nəfər Həsənrizə qayıdıb.

Əvvəlki Yazı

Məhkəmə Fransada yaşayan Məhəmməd Mirzəli barədə qərar verdi

Növbəti Yazı

Bu il Somalidən olan tələbələr üçün ayrılacaq təqaüd sayı açıqlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.