Ağdamdan bu gün yola salınan növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, Ağdamdan yola düşən köç karvanında 22 ailədən ibarət 94 nəfər yer alıb.
Qeyd edək ki, köçürülən ailələr yenidən tikilən evlərdə məskunlaşacaqlar.