Avqust 18, 2025-3:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Növbəti köç Xocalının Ballıca kəndinə çatıb, açarlar təqdim edilib

2025:07:28 - 13:46
in SOSİAL
A A

Böyük Qayıdış proqramı çərçivəsində iyulun 28-də Xocalı rayonunun Ballıca kəndinə növbəti köç olub.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi APA-nın Qarabağ bürosuna bildirib ki, bu mərhələdə Ballıca kəndinə 62 nəfərdən ibarət 17 ailə köçürüldü. Onlar uzun illər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinləri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edib və onlara fərdi yaşayış evlərinin açarlarını təqdim edib. Təqdimetmə mərasimindəki çıxışı zamanı S.Qəhrəmanov bildirib ki, bu yalnız bir evin açarı deyil, illərdir həsrətini çəkdiyiniz doğma yurda dönüşün, əziz xatirələrin və gələcək nəsillərin sabit yaşayışının rəmzidir. “Böyük Qayıdış” proqramı çərçivəsində bu gün Xocalının kəndlərinə həyat yenidən qayıdır. Ballıca kəndi də öz sakinlərinə qucaq açır. Burada sizlər üçün hər bir şərait yaradılıb – su, qaz, elektrik, rabitə xətti çəkilib, məktəb, tibb məntəqəsi və digər zəruri infrastruktur artıq fəaliyyət göstərir. Qeyd edək ki, indiyədək Xocalının Ballıca kəndində 180 ailə- 840 nəfər məskunlaşıb. Ümumilkdə bugünkü köç də daxil olmaqla, 902 nəfərdən ibarət 197 ailə kəndə qayıdıb. Xocalı şəhəri, Ballıca, Təzəbinə və Xanyurdu kəndlərində hazırda 1433 nəfərdən ibarət 327 ailə yaşayır.

Əvvəlki Yazı

Peskov: Putin və Tramp Ukrayna ilə bağlı nizamlanmanı təmin etməlidir

Növbəti Yazı

Peskov: Türkiyə danışıqlar prosesində bütün tərəflər tərəfindən bir platforma kimi bəyənilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.