Avqust 14, 2025-7:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Növbəti tədris ilində Naxçıvan Dövlət Universitetində 31 əcnəbi professor çalışacaq

2025:08:07 - 16:11
in SOSİAL
A A

Naxçıvan Dövlət Universitetinin (NDU) beynəlmilləşmə siyasətinin tələbləri və imzalanan anlaşma memorandumlarının müvafiq bəndlərinin icrası məqsədilə 7 fakültə üzrə 31 xarici professor 2025-2026-cı tədris ilində ali təhsil ocağında mühazirələr oxuyacaq, tədqiqat aparacaqlar.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, NDU tarixində əcnəbi akademiklərin tədrisə cəlbində say olaraq ən yüksək göstəricidir. Nüfuzlu universitetlərdən olan alimlər iqtisadiyyat, hüquq, mühəndislik, tibb və digər sahələr üzrə dərs deyəcəklər.

Əcnəbi professorların təkcə tədris sahəsində deyil, həm də beynəlxalq qrant layihələrinin hazırlanması və birgə elmi araşdırmaların aparılmasında da fəal iştirakı planlaşdırılır. Bu uğurlu təşəbbüs qlobal bilik və təcrübə mübadiləsi imkanları yaradacaq.

Qeyd edək ki, tədris və tədqiqatın keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Dövlət Universitetində əcnəbi professorların tədrisə və elmi fəaliyyətlərə cəlb olunması daim diqqət mərkəzində saxlanılır. Cari ilin aprel ayında Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq məhz NDU-da genişmiqyaslı “Beynəlxalq Təlim Aylığı” proqramı həyata keçirilib. Proqram çərçivəsində 6 ölkədən 21 təlimçi universitetdə müxtəlif sahələri əhatə edən təlimlər aparıb. Bu təlimlər 3 dildə – Azərbaycan, türk və ingilis dillərində olmaqla ABŞ, Yaponiya, İngiltərə, Türkiyə, Niderland və Özbəkistandan olan tanınmış ekspertlərin iştirakı ilə baş tutub. 2024-cü ildə də 10 əcnəbi professor təlim və tədqiqat proseslərinə cəlb olunub. Həmin il Nobel mükafatçısı, dünyada məşhur alim Əziz Səncər də Naxçıvan Dövlət Universitetinin qonağı olub. Ümumilikdə isə əcnəbi mütəxəssislərin NDU-ya cəlbi universitetin beynəlxalq elmə inteqrasiyasını gücləndirməklə yanaşı, təhsil və tədqiqat mühitinin daha da zənginləşməsinə xidmət edir.

Əvvəlki Yazı

Zərdabda 5 yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulması davam etdirilir

Növbəti Yazı

Prezident Kitabxanasında Xalq yazıçısı Elçin Əfəndiyevin xatirəsinə həsr olunmuş sərgi açılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.