Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin klinikadan həbsxanaya köçürülməsi qərarı siyasi ola bilməz, bu, həkimlərin tövsiyələrinə əsaslanacaq. Bunu İmedi telekanalına müsahibəsində respublikanın ədliyyə naziri Rati Breqadze deyib.
“Gürcüstanda məhbus cəzasını cəzaçəkmə müəssisəsində çəkir və o, səhhətini yaxşılaşdırmaq üçün lazım olan qədər xəstəxanada qala bilər. Həkim tövsiyəsi alan kimi onu [Saakaşvilini] [həbsxanaya] köçürəcəyik , çünki biz bu məsələ ilə bağlı fərqli qərar qəbul etmirik, hər hansı bir siyasi qərar qəbul etmək istisnadır”, – Breqadze bildirib.
Nazir eks-prezidentin səhhətinin yaxşılaşdığını bir daha qeyd edib.
Ukrayna vətəndaşı olan Saakaşvili 2013-cü ildə respublikanı tərk edib, bundan sonra ölkədə ona qarşı dörd cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq üç, daha altı il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb, bundan sonra o, sərhədi qanunsuz keçməkdə ittiham olunub. 2022-ci ilin mayında səhhəti pisləşdiyi üçün o, hələ də qaldığı Tbilisinin özəl “Vivamed” klinikasına aparılıb. (Tass)