Dövlət Duması noyabrın 1-də keçiriləcək plenar iclasda uşaqların kütləvi ölümü və Fələstin-İsrail münaqişəsi zonasında yaranmış ağır humanitar vəziyyətlə bağlı BMT-yə, parlamentlərarası təşkilatlara və dünya ölkələrinin parlamentlərinə müraciətə baxacaq. Bu barədə parlament palatasının vitse-spikeri Anna Kuznetsova Telegram kanalında məlumat verib.
“Çərşənbə günü, noyabrın 1-də Dövlət Duması uşaqların kütləvi ölümü və Fələstin-İsrail münaqişəsi zonasında mövcud humanitar vəziyyətlə bağlı BMT-yə, beynəlxalq parlament təşkilatlarına və dünya ölkələrinin parlamentlərinə müraciətimizə baxacaq. Pisləşən münaqişəni dayandırmaq və uşaqları təhlükədən qorumaq üçün bütün təsir alətlərindən istifadə edəcək”, – deyə o bildirib. (Tass)