Dünya təşkilatının rəhbərinin ofisi jurnalistlərə bildirib ki, şənbə günü BMT-nin Qəzza zolağının şimalına çatdırdığı humanitar yardımın həcmi Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri bir gündə ən yüksək həddə çatıb.
“BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi humanitar yardım daşıyan 61 yük maşınının bu gün Qəzza zolağının şimalına gəldiyini təsdiqləyib ki, bu da oktyabrın 7-dən bəri ən yüksək göstəricidir”.
Qəzza zolağına qida, su və təcili tibbi yardım ləvazimatları çatdırılıb. Bundan əlavə, anklav ərazisinə 129 min litr yanacaq çatdırılıb. “[Döyüşdə] fasilə nə qədər uzun olarsa, humanitar təşkilatlar Qəzzaya bir o qədər çox yardım çatdıra biləcək”, – deyə BMT qeyd edib.
“Biz həmçinin daha çox fələstinli məhbusun azad edilməsinin onların ailələrinə və yaxınlarına rahatlıq gətirəcəyinə ümid edirik”, – bəyanatda deyilir. (Tass)