Xristian Demokrat İttifaqı və Xristian Sosial Birliyinin (CDU/CSU) mühafizəkar bloku və Almaniya Sosial Demokrat Partiyası (SPD) fevralın 23-də Bundestaqda keçirilən növbədənkənar seçkilərdən sonra Almaniyada hakim koalisiya yaratmaq barədə razılığa gəliblər.Bu barədə NTV telekanalı danışıqlar dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Danışıqçılar gələcək koalisiya sazişində mübahisəli məqamlar üzrə fundamental razılığa gələ bildilər. “İndi qalan şey təfərrüatları sıralamaqdır”, – telekanalın mənbələri qeyd ediblər. Üç tərəf danışıqların nəticələri barədə çərşənbə günü Bakı vaxtı ilə saat 14:00-da ictimaiyyətə məlumat vermək niyyətindədir. (Tass)