ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson iş adamı İlon Maskın ABŞ prezidenti Donald Tramp və Respublikaçılar Partiyasının digər üzvləri ilə büdcə qanunu ilə bağlı mübahisəsindən sonra telefonunu dəyişdiyini bildirib.
“Mən sülhməramlı olmağa çalışıram, dəfələrlə onunla əlaqə saxlamağa çalışmışam. Mən onun və prezidentin barışmasını istəyirdim. Açığı, prezident də belə düşünürdü. Amma bilirsiniz ki, gərginlik var idi”, – Cons New York Post podkastında deyib.
Biznesmenin cavab verib-vermədiyi sualına siyasətçi naməlum səbəblərdən telefon nömrəsini dəyişdiyi üçün onunla əlaqə saxlaya bilmədiyini etiraf edib. “Ona uzun sms göndərdim, mübahisədən sonra köhnəsinə nəsə baş verdiyi üçün telefon nömrəsi dəyişdi. Yeni nömrəni sonradan aldım və anladım ki, mesaj ona çatmayıb və o, onu oxumayıb. Mən onunla şəxsən görüşməyi səbirsizliklə gözləyirəm, hər şeyi həll etməliyik. Açığı, Elona qarşı heç bir şeyim yoxdur, onun etdiklərinə böyük hörmətim var”, – Conson deyib.
Siyasətçi onu da əlavə edib ki, bu üzbəüz görüşdə respublikaçıların strategiyasını Maska yenidən izah etmək niyyətindədir. “Bu, uzunmüddətli plandır, hər şeyi bir anda qaydasına sala bilmərik. Amma bizim planımız var”, – o deyib. (Tass)