İyun 21, 2025-15:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Nurəddin Mehdixanlı: Naxçıvan həmişə azərbaycançılıq, dövlətçilik məfkurəsinin ocağı olub.

2023:11:25 - 11:56
in MƏDƏNİYYƏT
A A

Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən festival-konqresin təşkilatçılarının təhsil işçiləri olması, universitet olması və Naxçıvan Dövlət Universiteti olması çox xüsusi önəmli hadisədir. Yəni biz artıq taleyimizə, tariximizə, sözlə yox, nağıllarla yox, artıq elmi şəkildə yanaşırıq. Kimik, haradan gəlmişik, məramımız, məqsədimiz nədir? Yerimiz-yurdumuz haradır? 25-30 kilometr o tərəf də Azərbaycandır. Biz, əslində bəlkə də yeganə respublikayıq ki, öz torpaqlarımızla həmsərhədik.

Bu fikirləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvanda keçirilən Qərbi Azərbaycana qayıdışla bağlı festival-konqresdə iştirak edən Xalq artisti Nurəddin Mehdixanlı bildirib.

O qeyd edib ki, Naxçıvan həmişə azərbaycançılıq məfkurəsinin, türk məfkurəsinin, dövlətçilik məfkurəsinin ocağı olub: “XII əsr Atabəylər dövrünə baxın. Dünyaya hökm edən Atabəylər dövləti. İndi tarix təkrar olunur. Təbiətdə qabarma çəkilmə var. Millətlərin taleyində də o var. İndi Türkün şahə qalxan vaxtıdır. Bütün sahələrdə – elmdə, mədəniyyətdə, hərbdə. Amma bizim bütün fəaliyyətimiz əxlaqa, insanlığa söykənən fəaliyyətdir. Biz kimsənin heç nəyinə sahib çıxmaq iddiasında deyilik. Amma bizim olanları da kimsəyə vermək fikrində deyilik. Mən düşünürəm ki, Azərbaycanın hədəfləri, Azərbaycan xalqının hədəfləri, burada – Naxçıvanda çox açıq şəkildə ortaya qoyuldu. Hələ Azərbaycanın üçrəngli bayrağının dalğalanacağı çox zirvələr var. Naxçıvanda bu tədbirin baş tutması əslində çox ciddi mesajdır. Biz varıq və biz gəlirik, Vətənimizə qayıdırıq”.

“Biz kimsənin torpağına iddialı deyilik. Amma tarix yavaş-yavaş hər şeyi yerinə qoyur. İstəyirəm ki, hər bir azərbaycanlı həqiqi mənada fəxr eləsin ki, böyük bir millətin övladıdır. Allah millətimizi var eləsin!”,- deyə Nurəddin Mehdixanlı əlavə edib.

 

Əvvəlki Yazı

Növbəti Yazı

Qarabağın inşasında yenilik: torpaqbərkitmə işləri artıq qruntun daşınmasının azalmasına səbəb olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.