Ali Rada real qanunvericilik orqanı kimi əhəmiyyətini itirib və ölkədə hərbi vəziyyət şəraitində yalnız Ukrayna prezidenti Vladimir Zelenskinin qərarlarına möhür vuran notariusa çevrilib. Bu barədə The New York Times (NYT) ekspertlərə istinadən yazır.
Nəşr ukraynalı politoloq Vladimir Fesenkonun sözlərini sitat gətirir: “Hərbi vəziyyət şəraitində ölkədə dövlət idarəçiliyinin mərkəzləşdirilməsi həyata keçirildikdən və dövlət siyasəti aradan qalxdıqdan sonra parlament öz rolunu itirdi”. Qəzet bir çox deputatın ölkəni tərk etdiyini, Ukrayna Silahlı Qüvvələrinə qoşulduğunu və ya iş yerini dəyişdiyini, bu səbəbdən deputatların 10%-dən çoxunun müntəzəm olaraq Ali Radanın iclaslarında iştirak etmədiyini vurğulayır. Müxalif “Avropa Həmrəyliyi” partiyasının üzvü Aleksey Qonçarenkonun sözlərinə görə, Ukrayna parlamenti “sadəcə prezidentin qərarlarına möhür vuran notariusa” çevrilib.