Avqust 25, 2025-2:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Nyu-Yorkda IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin qala-konserti olub

2024:11:11 - 14:44
in MƏDƏNİYYƏT
A A

Nyu-Yorkdakı Linkoln Mərkəzinin Bruno Valter zalında IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin qala-konserti baş tutub.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl müsabiqənin Təşkilat Komitəsinin rəhbəri, tanınmış pianoçu Nərgiz Əliyarova çıxış edərək layihəyə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

Münsiflər heyətinin sədri, Juilyar məktəbinin Bəstəkarlıq şöbəsinin müdiri, tanınmış bəstəkar Melinda Vaqner müsabiqənin jürisinin üzvü kimi öz iştirakından danışıb. Birinci mükafata layiq görülən diplom amerikalı bəstəkar Kianu Raeviyə təqdim edilib.

Konsertin proqramına Azərbaycan bəstəkarlarının əsərləri daxil edilib. Bundan əlavə, Azərbaycan xalq mahnıları, “Sarı gəlin”, “Ağacda alma”, “Aman, ovçu” və digər milli musiqi nümunələri də təqdim olunub.

Gecədə Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın Əməkdar artisti, professor Nərgiz Əliyarova çıxış edib.

Proqramda ABŞ-da yaşayan gənc azərbaycanlı müğənni Aqil Süleymanov, həmçinin MSM-in Kamera Musiqisi Ansamblının ifaçıları iştirak ediblər.

Qeyd edək ki, IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsi Azərbaycan xalq mahnılarına həsr olunub. Müsabiqənin məqsədi bir sıra Azərbaycan xalq mahnılarının plagiatının qarşısının alınması və onların milli mədəniyyətimizə aid olduğunun beynəlxalq musiqi ictimaiyyətinə çatdırılması, həmçinin bütün dünyada geniş təbliğidir.

Müsabiqənin qalibləri sentyabrın 18-də Azərbaycanda qeyd olunan Milli Musiqi Günündə elan edilib. Sentyabrın 28-də Bakıdakı Kamera və Orqan Musiqisi zalında Üzeyir Hacıbəyli Beynəlxalq Festivalı çərçivəsində qalib olan əsərlərin premyerası olub.

Əvvəlki Yazı

Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri hesab edir ki, ABŞ Trampın rəhbərliyi altında Ukraynaya yardımı davam etdirəcək

Növbəti Yazı

WFP Qəzzada ehtiyacı olanlara yardımın 30%-dən azını təmin edə bildi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.