İyul 15, 2025-13:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Oğuz qrupu türk dillərinin fonemlər sistemi” – yeni nəşr

2025:07:04 - 17:00
in SOSİAL
A A

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlünün “Oğuz qrupu türk dillərinin fonemlər sistemi” monoqrafiyası işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın redaktoru professor İsmayıl Kazımov, rəyçiləri filologiya elmləri doktorları Elbrus Əzizov və Aynel Məşədiyevadır.

Araşdırma fonetika və fonem məsələlərinin müqayisəli tədqiqi ilə seçilir. Əsərdə danışıq səsi və fonem münasibətlərindən, fonem nəzəriyyəsindən bəhs olunur.

Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan monoqrafiyada müasir türk dillərində fonoloji səpkidə mübahisəli olmuş sait və samit fonemlərin sayı məsələsinə aydınlıq gətirilir. Daha sonra sait və samitlərin təsnifat prinsipləri ilə bağlı Azərbaycan dilçiliyindəki fikir ayrılığından bəhs edilir. Kitabda sait və samitlərin təsnifat prinsipləri cədvəl şəklində təqdim edilir. Eyni zamanda, Azərbaycan ədəbi dilindəki sait və samit fonemlərin hər birinin oğuz qrupu türk dilləri ilə müqayisəli xüsusiyyətləri göstərilir.

“Oğuz qrupu türk dillərinin fonemlər sistemi” kitabı filoloq elmi işçilər, müəllimlər, doktorant və magistrantlar üçün nəzərdə tutulub.

Əvvəlki Yazı

Azərbaycanda taxıl zəmilərinin 70 %-də biçin başa çatıb

Növbəti Yazı

Səbinə Əliyeva: Bu, Azərbaycanın gələcəyinə xidmət edən liderlik məktəbidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.