Avqust 14, 2025-7:33
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Oğuzda çəkisi 4,5 ton olan çətənə kolları məhv edildi

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Bayan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilir.

Ümumi çəkisi 4,5 ton olan 3200 ədəd çətənə kolu yandırılaraq məhv edilib.