Ankara oktyabrın sonuna qədər Ukraynadakı münaqişənin həlli üçün beynəlxalq görüş təşkil etməyi planlaşdırır. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, müxtəlif ölkələrin milli təhlükəsizlik müşavirləri, o cümlədən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məsləhətləşmələr üçün İstanbula gələcək. Nəşrin həmsöhbətləri bildiriblər ki, Rusiya tərəfi görüşə dəvət edilməyib, Çinin öz nümayəndəsini göndərib-göndərməyəcəyi hələ məlum deyil.
Gündəmin mərkəzində Ukrayna prezidenti Vladimir Zelenskinin sülh planı və Kiyevin bu təşəbbüsü müzakirə etmək üçün 2023-cü ildə qlobal toplantı təşkil etmək niyyəti olacaq. İstanbulda keçiriləcək danışıqlar iyunda Danimarkada və avqustda Səudiyyə Ərəbistanında keçirilən məsləhətləşmələrdən sonra üçüncü belə görüş olacaq. (Tass)