Oktyabrın 7-də Yaxın Şərqdə növbəti eskalasiya başlayandan Qəzza zolağında ölənlərin sayı 4 mini keçib.Bu barədə Əl-Cəzirə telekanalı anklavın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
İdarənin məlumatına görə, atəş nəticəsində azı yeddi tibb müəssisəsi yararsız vəziyyətə düşüb və yerli əhaliyə yardım göstərə bilməyib. (Tass)