Qəzza hökuməti İsrailin oktyabrın 7-dən bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 8 min uşaq və 6 min 200 qadını öldürdüyünü açıqlayıb.
Qəzzada hökumət Media Ofisindən verilən yazılı açıqlamada İsrailin Qəzzaya hücumları nəticəsində dağıntılar barədə məlumat verilib.
Açıqlamada İsrailin hücumları ilə Qəzzada ən azı 8 mini uşaq, 6 min 200-ü qadın olmaqla 18 min 412 adamı öldürdüyü, 50 min 100 nəfəri yaraladığı bildirilib.
İsrailin hücumları ilə Qəzza Zolağında 254 min evə ziyan dəyib, onlardan 52 min 500-ü tamamilə dağılıb.
Açıqlamada, İsrailin Qəzza zolağında 22 xəstəxana və 110 sağlamlıq mərkəzini xidmətdən çıxardığı və 102 təcili yardımı hədəfə alaraq yararsız hala gətirdiyi qeyd edilib.