Ölkədə peşə təhsili müəssisələrinin sayı azalıb.
Teleqraf xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yaydığı “Azərbaycanda təhsil, elm və mədəniyyət” statistik məcmuəsində yer alan rəqəmlərdən məlum olub.
Bildirilib ki, 2025-ci ilin əvvəlinə ölkədə peşə təhsili müəssisələrinin sayı 87-dir.
Müəssisələrin sayının azalmasına baxmayaraq təhsilalanları sayı 35262 nəfər olub. Bu da ötən ilin göstəricilərindən çoxdur. Beləki, ötən il ölkədə 92 peşə təhsili müəssisəsi olmasına baxmayaraq təhsilalanların sayı 29144 nəfər təşkil edib.