İyun 20, 2025-19:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Ömər Faiq Nemanzadəyə həsr olunmuş tədbir keçirilib

2024:04:10 - 12:27
in SOSİAL
A A

Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin və “Çapar” yayın evinin birgə təşkilatçılığı ilə Azərbaycan ictimai fikrinin inkişafında, milli mədəniyyətimizin tərəqqisində, yeni idealların möhkəmlənməsində mühüm rol oynamış, görkəmli ziyalı, böyük maarifçi Ömər Faiq Nemanzadənin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Zeynalova tədbiri açaraq Ömər Faiq əfəndinin Azərbaycan publisistikasının inkişafında əvəzsiz xidmətlərindən danışıb, onun mollanəsrəddinçilərin ideya rəhbərlərindən biri olduğunu xüsusi vurğulayıb.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxışında “Molla Nəsrəddin” jurnalının təsis edilməsində Ö.F.Nemanzadənin rolundan, əməkdaşlıq etdiyi “Şərqi-Rus” qəzetində, sonra isə Tiflisdə “Qeyrət” mətbəsində, “Molla Nəsrəddin” jurnalındakı fəaliyyətindən, keçdiyi həyat yolundan və xatirələrindən ətraflı söz açıb. O, Faiq əfəndinin təkcə maarifçi-demokratik ideyaların carçısı, publisist, mətbuat nümayəndəsi olmadığını, onun həm də bir təhsil işçisi, müəllim və maarifçilik ideyalarını təbliğ edən vətənpərvər olduğunu bildirib. Hamlet İsaxanlı Ö.F.Nemanzadənin varislərinin, xüsusilə onun irsinin yorulmaz təbliğatçısı, hazırda Böyük Britaniyada Azərbaycan diasporunun nümayəndəsi Ülviyyə Pepinovanın fəaliyyətini yüksək qiymətləndirib.

Sonra ”Çapar” dərgisinin və Çapar yayınlarının təsisçisi Yusif İlhamoğlu jurnalın Ö.F.Nemanzadəyə həsr olunmuş xüsusi buraxılışlarından danışıb.

Sonda H.İsaxanlı tələbələrin suallarını cavablandırıb və iştirakçılara təşəkkürünü bildirib.

Əvvəlki Yazı

Bakıda vətəndaşların bank kartlarından ümumilikdə 4188 manat oğurluq edən qadın saxlanılıb

Növbəti Yazı

Bu il Azərbaycanda 44 mindən çox insan işlə təmin edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.