İyun 15, 2025-19:41
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Ombudsman: Bir gündə 2 min pasiyent Narkoloji Mərkəzə yerləşdirilməsi üçün növbə gözləyirdi

2024:04:01 - 11:58
in SOSİAL
A A

Bir gündə 2 min pasiyent Narkoloji Mərkəzə yerləşdirilməsi üçün növbə gözləyirdi.

“Report” xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib.

Onun sözlərinə görə, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsində növbə problemi mövcuddur:

“Ötən il başçəkmə zamanı bir gündə 2 min pasiyentin Respublika Narkoloji Mərkəzə yerləşdirməklə bağlı növbə gözlədiyi məlum oldu. Aidiyyəti qurumları bu istiqamətdə zəruri tədbirlər görməyə çağırıram”.

S.Əliyeva bildirib ki, ölkədə, xüsusilə paytaxt ərazisində müxtəlif növ asılılıqlarla narkomaniya, alkoqolizm və s. ilə mübarizə aparan çoxsaylı qeyri-dövlət reabilitasiya mərkəzləri mövcud olsa da, onların fəaliyyətinin tənzimlənməsi və nəzarət mexanizmləri ilə bağlı boşluqlar var:

“Mövcud durum ciddi problemlərə, orada reabilitasiya keçən insanların həyat və sağlamlığına təhlükə yaradan hallara gətirib çıxarır. Penitensiar xidmət müəssisələrinə həyata keçirilən başçəkmələr zamanı saxlama şəraiti və rəftar məsələləri ilə yanaşı, məhkumların səhhəti, o cümlədən psixi sağlamlıq vəziyyətləri, habelə tibbi xidmət səviyyəsi də araşdırma predmeti olur. Psixi pozuntulardan əziyyət çəkən və ya cəza çəkdiyi dövrdə psixi sağlamlıq vəziyyətində ciddi dəyişikliklər baş verən şəxslərin psixiatriya müəssisələrinə yerləşdirilməsi ilə bağlı mexanizmin təkmilləşdirilməsi məqsədilə tərəfimizdən “Cəzanın çəkilməsinə mane olan ağır xəstəliklərə düçar olmuş məhkumların tibbi şəhadətləndirilməsi Qaydaları”na yenidən baxılması təklif edilib”.

Əvvəlki Yazı

Birinci Qarabağ müharibəsinin iştirakçısı Ali Məhkəməyə hakim təyin olunacaq

Növbəti Yazı

Yerin planlaşdırılması tarixi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.