İyul 1, 2025-17:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ombudsman: Bu günə qədər 18 hesabat beynəlxalq qurumlara və məhkəmələrə təqdim olunub

2023:11:22 - 14:00
in SİYASƏT
A A

Dəvət olunmuş xarici ekspertlər öz bilik və bacarıqlarını buradakı dövlət qurumlarının nümayəndələri ilə bölüşəcəklər. Məlumdur ki, Azərbaycan bütün beynəlxalq hüquq, norma və prinsiplərə hörmətlə yanaşır, onlara hörmət edir. Təəssüf ki, Azərbaycana qarşı biz bu hörməti görmürük. Çünki ən çox mina terrorundan əziyyət çəkən ölkələrdən biri məhz Azərbaycandır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Naxçıvanda jurnalistlərə müsahibəsində deyib.

“Otuz ilə yaxın müddətdə biz bütün qurumlara müraciət etsək də, 4000-ə yaxın soydaşımızın taleyi barədə məlumat ala bilməmişik. Onların arasında xeyli sayda qadın və uşaqlar var. İşğaldan azad olunan ərazilərimizdə kütləvi məzarlıqlar aşkar edildi. Oradan tapılan insan qalıqları üzərində işgəncə faktlarına rast gəlirik. Hesab edirik ki, bu cür konfransların, seminarların təşkil olunması, həmçinin Naxçıvanda keçirilməsi olduqca vacibdir. Bu konfranslar vasitəsilə biz öz haqlı sözümü birbaşa və bilavasitə çatdırmaq imkanı əldə etmiş oluruq”, – deyə Səbinə Əliyeva vurğulayıb.

Ombudsman qeyd edib ki, bu günə qədər təsisat tərəfindən 18 beynəlxalq meyara cavab verən hesabatlar beynəlxalq qurumlara və məhkəmələrə təqdim olunub. Onlardan ikisi mina terroru haqqında və itkin düşmüş şəxslər haqqında hesabatlardır. Cavab isə bizi qane edir deyə bilərik. Təbii ki, bunlar uzun perspektiv tələb edən işlərdir. Növbəti belə hesabatımız isə ümumi aşkar olunan kütləvi məzarlıqlar barədə olacaq.

Qeyd edək ki, bu gün Naxçıvanda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Beynəlxalq humanitar hüquq çərçivəsində xüsusi kateqoriyaya aid şəxslərin hüquqlarının müdafiəsinin praktiki aspektləri” mövzusunda seminar keçirilir.

Əvvəlki Yazı

Biz İrəvanın KTMT çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyirik – Peskov

Növbəti Yazı

BP: Aşağı intensivliyi olan karbohidrogenlərin neft və qaz boru kəmərlərilə tədarükünə imkan var

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.