İyun 15, 2025-0:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ombudsman Ermənistanın mina terroru barədə Moldova Konstitusiya Məhkəməsinin sədrini məlumatlandırıb XARİCİ SİYASƏT

2023:09:27 - 17:26
in SİYASƏT
A A

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Moldova Konstitusiya Məhkəməsinin sədri Nikolay Roşka ilə görüşüb.

Ombudsman Aparatından “Report”a bildirilib ki, görüş zamanı Müvəkkil Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində mövcud əməkdaşlıq əlaqələri və Konstitusiya Məhkəməsinə göndərilən sorğular barədə ətraflı məlumat verib.

S.Əliyeva işğaldan azad olunmuş torpaqlarımızda Ermənistan tərəfindən basdırılmış minaların hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam etdiyini, indiyədək 300-dən çox şəxsin mina terrorunun qurbanına çevrildiyini bildirib. Ombudsman dəfələrlə tələb edilməsinə baxmayaraq, Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrini təhvil verməkdən boyun qaçırdığını qeyd edib.

Müvəkkil Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinin bu günədək naməlum qaldığını, Ermənistanın insan hüquqları və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozduğuna görə məsuliyyət daşıdığını diqqətə çatdırıb.

S.Əliyeva istər Vətən müharibəsi zamanı, istərsə də postmüharibə dövründə dünya ictimaiyyətinə müraciətlərin edildiyini, faktlara əsaslanan hesabat və bəyanatlar hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara, Ombudsman və milli insan hüquqları təsisatlarına təqdim olunduğu qeyd edib.

Görüşdə Moldova Konstitusiya Məhkəməsinin sədri Nikolay Roşka Konstitusiya Məhkəməsinin fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Əvvəlki Yazı

DSX: Ruben Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb

Növbəti Yazı

Allahşükür Paşazadə: “Ermənistan dini liderinin əməlləri onunla görüşə imkan vermir”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.