İyun 19, 2025-14:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

On illik yubileyini qeyd edən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası davam edir

2024:01:04 - 15:07
in SOSİAL
A A

Fəvvarələr Meydanında fəaliyyət göstərən “Soyuq əllər, isti ürək” yarmarkası davam edir.

Yeni il ovqatını, şəfqət duyğularını özündə təcəssüm edən bu layihə vasitəsilə həm əylənmək, həm də faydalı olmaq mümkündür.

Yarmarkanın təşkil olunduğu meydanda yaşanan izdiham xeyriyyə aksiyasına göstərilən böyük maraqdan xəbər verir. Pavilyonlarda isə növbənöv, rəngbərəng şirniyyatlar sərgilənir.AZƏRTAC-ın yarmarkanın keçirildiyi məkandan hazırladığı fotoreportajı təqdim edirik.

Nəcib ənənəyə çevrilən artıq onuncu ildir keçirilən ənənəvi “Soyuq əllər, isti ürək” yarmarkası Bakıya əsl bayram əhvali-ruhiyyəsi gətirib.

Xeyriyyə yarmarkası bu dəfə həm də özünün 10 illik yubileyini qeyd edir. Bu münasibətlə ötən il dekabrın əvvəlində Fəvvarələr Meydanında tanınmış müğənnilərin iştirakı ilə böyük konsert proqramı təşkil olunub. Yarmarka dekabrın 1-dən sakinlər üçün açıqdır və giriş sərbəstdir.

Hər il bu vaxtlar “Nargis” Fondunun təşkil etdiyi həmin xeyriyyə yarmarkası öz adını tamamilə doğruldur. Buraya üz tutanlar arasında uşaqları da görmək mümkündür. Meydanda onların əylənməsi üçün xüsusi oyun zonaları yaradılıb. Burada quraşdırılan taxta köşklərdə qonaqlara şirniyyat, ətriyyat, oyuncaq, yolka bəzəkləri təklif edilir.

Təşkilatçıların niyyəti insanları sadəcə əyləndirmək deyil. “Soyuq əllər, isti ürək” ölkənin hər yerindən “Nargis” Fonduna üz tutan onlarla ailə üçün eyni zamanda ümid çırağıdır.

Builki yarmarka böyük Yeni il yolkası, 64 böyük və 20 balaca ev, üç ədəd ikimərtəbəli restoran, fotozona, 4D Kinoteatr, müxtəlif əyləncə zonaları və digər tematik guşələrdən ibarətdir. İsti ürəkləri bir araya gətirən xeyriyyə yarmarkası istər yerli sakinlərin, istər xarici qonaqların marağına səbəb olur.

Ziyarətçilər burada eksklüziv suvenirlər, hədiyyələr əldə edir, qərbin və şərqin ləzzətli təamlarını dadır, sevdikləri ilə birgə əsl bayram ab-havası yaşayırlar. Yarmarka Yeni il ərəfəsində insanları bir-birinə daha da yaxınlaşdır.

Yarmarka sponsorlarının maliyyə dəstəyi və satışdan əldə edilən bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin ödənməsinə sərf olunur.

Qışda əllərimiz soyuq olur, təki qəlblərimiz daim isti olsun.

Qeyd edək ki, əhali arasında “Bakının qış nağılı” kimi tanınan yarmarka yanvarın 15-dək davam edəcək.

Əvvəlki Yazı

Şah İsmayılın döyüş bayrağının başlığı Astaranın kəndində qorunur

Növbəti Yazı

Peşə təmayüllü siniflərin məzunları əmək bazarına daha hazırlıqlı olurlar

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.