İyun 16, 2025-16:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Opera günləri” layihəsi çərçivəsində “Şah İsmayıl” tamaşası təqdim olunub

2025:06:09 - 10:27
in MƏDƏNİYYƏT
A A

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə keçirilən “Opera günləri” layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin “Şah İsmayıl” operasından fraqmentlər təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tamaşa bəstəkarın anadan olmasının 140 illiyinə həsr olunub.

Tamaşada Əməkdar artistlər Təyyar Bayramov (Şah İsmayıl), Cahangir Qurbanov (Aslan şah), İlahə Əfəndiyeva (Gülzar), Arzu Əliyeva (Ərəbzəngi), Əliahməd İbrahimov (Əbu Həmzə), həmçinin solist Mahir Tağızadə (Vəzir) çıxış ediblər.

Tamaşanın rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xor rəhbəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeyster Roza Səlimova olub, tarda Əməkdar artist Elxan Mansurov müşayiət edib.

AZƏRTAC-ın müxbiri ilə söhbətində Opera və Balet Teatrının direktor müavini, Azərbaycan Respublikasının Əməkdar artisti Ramil Qasımov “Opera günləri” layihəsi barədə ətraflı məlumat verib: “Azərbaycanda ilk dəfə olaraq 6–25 iyun tarixlərində “Opera günləri” keçirilir. Layihənin ilk günündə Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olundu. İkinci gün opera sənəti sevərləri üçün Xalq artisti, Opera və Balet Teatrının direktoru Yusif Eyvazovun master-klass dərsləri təşkil edildi.

Layihə çərçivəsində müxtəlif səhnə əsərləri təqdim olunur. Elə bu gün görkəmli bəstəkar Müslüm Maqomayevin “Şah İsmayıl” operasından fraqmentlər səhnələşdirilib. Tamaşa bəstəkarın 140 illiyinə həsr olunub. Hesab edirəm ki, bu cür tədbirlər təkcə mədəni sahənin deyil, diplomatik mədəniyyətin inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Niyə? Çünki bugünkü tamaşada çoxlu sayda turist iştirak edirdi və bu bizi çox sevindirir.

Azərbaycan operalarının alqışla qarşılanması və maraq doğurması bizim üçün böyük xoşbəxtlikdir. “Opera günləri” layihəsində iştirak edən hər kəsə uğurlar arzulayıram. Layihənin yekun tədbiri iyunun 25-də bulvarda baş tutacaq”.

Əvvəlki Yazı

Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığının gücləndirilməsi müzakirə olunacaq

Növbəti Yazı

Gənc Tamaşaçılar Teatrında “Solğun çiçəklər” tamaşasının premyerası olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.