Macarıstanın baş naziri Viktor Orban Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında Ukraynaya hərbi dəstək planlarını açıqlayan Avropa Komissiyasının sədri Ursula fon der Leyenin çıxışını qalmaqallı adlandırıb.
“Mayın 7-də Avropa Komissiyasının sədri fon der Leyen yeni planlarını açıqladı: Ukrayna pul və silah alacaq. Avropalı vergi ödəyiciləri hesabı ödəməli olacaqlar. Qalmaqal!” – Orban X-də yazıb. (Tass)