Qərb dövlətləri Ukrayna ilə bağlı sülh sazişi bağlamaq fürsətini əldən verdilər ki, hətta Rusiya da bunda maraqlı idi. Bu fikri Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə ölkənin Ticarət və Sənaye Palatasının təşkil etdiyi konfransda çıxışı zamanı deyib.
“Avropalılar [Ukraynadakı] münaqişəni lokallaşdıra bilmədilər, bu, əksinə, daha da genişləndi və hətta rusların da bunda maraqlı olduğu bir vaxtda sülh sazişinin tezliklə bağlanması üçün lazımi anı əldən verdi”, – deyə hökumət başçısı bildirib. O, ABŞ-ın iştirakı ilə gec-tez sülh sazişinin əldə olunacağına ümid etdiyini bildirib. Eyni zamanda, belə bir vəziyyətdə Avropa İttifaqı üçün təhlükə yaranacaq ki, Ukrayna üzrə danışıqlarda onun rəyi daha nəzərə alınmayacaq, Orban hesab edir. (Tass)