Ukrayna münaqişəsi həll olunandan sonra Rusiya qlobal iqtisadi və Avropa təhlükəsizlik sisteminə tam inteqrasiya olunacaq.
Macarıstanın baş naziri Viktor Orban Kossuth radiostansiyasının səhər proqramında çıxış edərkən buna əminliyini ifadə edib.
O, Ukraynada hərbi əməliyyatlara son qoymaq üçün razılığa gəlmək üçün Rusiya lideri Vladimir Putinlə görüşməyi planlaşdıran ABŞ prezidenti Donald Trampa ümid bağladığını təsdiqləyib. “Düşünürəm ki, ABŞ prezidenti sülh masasında [Ukrayna üzrə] razılığa gələndə Rusiya qlobal iqtisadiyyata və Avropa təhlükəsizlik sisteminə yenidən inteqrasiya olunacaq”, – Orban deyib. (Tass)