Ukraynaya maliyyə yardımının göstərilməsi və Rusiyanın enerji resurslarından imtina edilməsi Avropa İttifaqının iqtisadiyyatında dərin böhrana səbəb olub. Bu, Macarıstanın baş naziri Viktor Orban tərəfindən edilən qiymətləndirmədir.
“Ukraynaya yardım böyük məbləğlər təşkil edir, eyni zamanda Rusiyanın enerji resurslarına qarşı sanksiyalar tətbiq olundu. Bu, Avropa iqtisadiyyatını öldürdü. İnflyasiya sürətlə artır. Enerji qiymətləri fırıldaqçılıqla artır. Biz özümüzü bir küncə çəkmişik”, – o, amerikalı jurnalist Ben Şapiroya müsahibəsində deyib. Mövcud vəziyyət “Avropa üçün iqtisadi fəlakətə” çevrilib, Orban vurğulayıb. (Tass)