İyun 19, 2025-17:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə bağlı görüləcək işlər müəyyənləşib

2024:04:08 - 17:12
in MƏDƏNİYYƏT
A A

 

Prezident İlham Əliyev 21 fevral 2024-cü il tarixdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı əsasında “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonasının, ərazisinin xüsusi rejiminin müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması üçün komissiya təşkil edilib. Martın 29-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində komissiyanın ilk iclası keçirilib. İclasda qarşılıqlı fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər geniş müzakirə olunub.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna açıqlamasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Həsən Kərimov söyləyib.

O deyib: “Görülən tədbirlər çərçivəsində martın 30-u və aprelin 4-də komissiya üzvləri və işçi qrupu Ordubad şəhərində olub. Qoruğun sərhədlərinin və mühafizə zonasının təyin edilməsi ilə bağlı əraziyə baxış keçiriblər. Komissiya tərəfindən ilkin olaraq qoruğun ərazisi 240 hektara yaxın müəyyənləşdirilib. Hazırda qoruğun sərhəd və mühafizə zonasını əks etdirən xəritənin hazırlanması məqsədilə işlər davam etdirilir. Sonrakı mərhələdə qoruğun mühafizə zonasının, mühafizə rejiminin, ərazisinin xüsusi rejiminin müəyyən edilməsi ilə bağlı sənədlər hazırlanacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli Qərarı ilə təsdiq olunmuş siyahıya əsasən Ordubad rayonu ərazisində yerləşən 299 abidədən 200-dən çoxu “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir.

Əvvəlki Yazı

Qərbi Azərbaycan İcması Aİ və ABŞ-ni regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırıb

Növbəti Yazı

Ədəbiyyat İnstitutunda Qars-Qafqaz Universitetinin azərbaycanlı alimi ilə görüş

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.