İyul 10, 2025-12:25
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Ordubadda “ağıllı” kənd təsərrüfatı modeli tətbiq ediləcək

2025:07:08 - 17:00
in İQTİSADİYYAT
A A

Ordubadın yenilənən baş planı çərçivəsində kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqi, eləcə də təhsil və səhiyyə infrastrukturunun genişləndirilməsi əsas hədəflərdəndir. Layihənin hazırlanması prosesinə yerli əhali, mütəxəssislər və sahə üzrə ekspertlər də cəlb olunub. Müxtəlif mərhələlərdə onların fikirləri nəzərə alınaraq, planlara inteqrasiya olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə layihəni həyata keçirən İsveçrənin “SA Partners” şirkətinin nümayəndəsi Angela Viest məlumat verib.

Bu yaxınlarda Naxçıvanda olan Angela Viest bildirib: “Ordubadda yeni iş yerlərinin yaradılması üçün tədbirlər görüləcək. Burada yaşamaq və işləmək istəyənlər üçün uyğun infrastruktur təmin ediləcək. Hədəfimiz yalnız şəhəri dəyişmək deyil, mövcud iqtisadi strukturlara yeni nəfəs verməkdir. Məsələn, kənd təsərrüfatı sahəsində “smart” – yəni ağıllı texnologiyalara əsaslanan model tətbiq olunacaq. Bu, həm məhsuldarlığı artıracaq, həm də yeni filial və müəssisələrin yaranmasına şərait yaradacaq”.

Angela Viest təhsil sahəsində də inkişafın nəzərdə tutulduğunu, yeni məktəblərin tikintisi və səhiyyə infrastrukturunun genişləndirilməsi istiqamətində addımların atılacağını deyib: “Bu yeniliklər xüsusilə gənclərin Ordubadda qalmasına, burada yaşayıb-yaratmasına stimul verəcək. Məqsəd Ordubadın simasını dəyişmək deyil, onu daha da gücləndirib gələcəyə daşımaqdır”.

“Hazırda baş plan üzrə əsas mərhələlər tamamlanmaq üzrədir. Şəhərdə nəzərdə tutulan dəyişikliklər tədricən həyata keçiriləcək və sakinlər bu inkişafı mərhələli şəkildə hiss edəcəklər”, – deyə şirkət nümayəndəsi əlavə edib.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib

Növbəti Yazı

Diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələr verilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.