May 14, 2025-16:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Orxan Məmmədov: “Azərbaycanın tikinti sektorunda 15 minə yaxın KOB subyekti fəaliyyət göstərir”

2023:10:20 - 15:05
in İQTİSADİYYAT
A A

Azərbaycanda yeni KOB meyarlarının tətbiq edildiyi 2018-ci ildən ötən dövr ərzində tikinti sektorunda fəaliyyət göstərən KOB subyektlərinin sayında artım müşahidə edilir və bu sahədə 15 minə yaxın KOB subyekti fəaliyyət göstərir.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Xəzər İnşaat Həftəsi çərçivəsində Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsinin (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurası tərəfindən “Müasir inşaat texnologiyaları sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığı” mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, tikinti sektorunun ölkələr arasında biznes təşəbbüslərinin genişləndirilməsi baxımından böyük potensialı var.

“Azərbaycanda yeni texnologiyalar əsasında işləyən sement zavodları, metal konstruksiyalar, müasir tikinti materialları istehsal edən müəssisələr mövcuddur. Ölkəmiz bir sıra tikinti materiallarının istehsalı üçün xammal ehtiyatları ilə də zəngindir. Bu, müvafiq sektorda ixtisaslaşan KOB subyektlərinin bilik, bacarıq və təcrübələrinin kifayət qədər formalaşdığını göstərir”.

O.Məmmədov qeyd edib ki, Azərbaycan və Türkiyə arasında tikinti sektorunda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var: “Bu imkanların reallaşdırılmasına KOBİA da dəstək göstərməyə hazırdır”.

Əvvəlki Yazı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Növbəti Yazı

Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasını müzakirə edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.