İyun 25, 2025-6:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Orxan Zeynalov: “Azərbaycan regional enerji təhlükəsizliyinin gücləndirilməsi üçün qaz tədarükünü artırmağa hazırdır

2025:04:07 - 12:36
in İQTİSADİYYAT
A A

Azərbaycan böyük həcmdə təbii qaz ehtiyatlarına malikdir və daha geniş regional miqyasda enerji təhlükəsizliyinin gücləndirilməsi üçün tədarükü artırmağa hazırdır.

“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov “Daha “yaşıl” gələcəyə innovativ yollar: bərpa olunan enerji mənbələri və emissiyaların azaldılması” mövzusuna həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan ənənəvi enerji resurslarının Avropa və dünya bazarlarına strateji tədarükçüsü olaraq qalır.

“Son dörd ildə biz Avropanın enerji sisteminə dəstəyimizi gücləndirmişik və töhfə verməyə davam edirik. İxrac tədarükünün daha da genişləndirilməsi üçün iki əsas şərt lazımdır: birincisi, beynəlxalq maliyyə institutların tərəfindən maliyyələşdirilmə və dəstək; ikincisi, uzunmüddətli sazişlər və alıcılar və tərəfdaşların zəmanətləri. Bu amillər, eləcə də etibarlı prosedur mexanizmləri olduqca önəmlidir. Azərbaycan böyük həcmdə qaz ehtiyatlarına malikdir və daha geniş regional kontekstdə enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə vermək üçün tədarükü artırmağa hazırdır”, – O.Zeynalov qeyd edib.

O, eyni zamanda ölkənin “yaşıl enerji” layihələrinə fəal şəkildə sərmayə qoyduğunu vurğulayıb:

“Bu layihələr iqtisadiyyatın və enerji balansının şaxələndirilməsinə töhfə verməklə yanaşı, həm də böyük iqtisadi fayda gətirir. Birincisi, bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafı iqlim dəyişikliklərinə qarşı dayanıqlılığı gücləndirir. İkincisi, bu, əvvəllər elektrik stansiyalarında istifadə olunan əlavə qaz həcmlərini yönəltməyə imkan verir. 2027-ci ilə qədər biz bərpa olunan enerji mənbələri sahəsində 10 layihə həyata keçirməyi planlaşdırırıq ki, bu da müəyyən edilmiş gücün təxminən 2 giqavatını və 2,7 milyard ABŞ dolları məbləğində investisiyanın cəlb edilməsini təmin edəcək”.

O.Zeynalov əlavə edib ki, ölkə artıq inkişafın ikinci mərhələsinə keçib və bu çərçivədə təxminən 5 milyard kubmetr qazın cəlb edilməsi planlaşdırılır. Onun sözlərinə görə, 2030-cu ilə qədər BOEM çərçivəsində istehsal olunan enerjinin 65 %-nin ixrac edilməsi, 2027-ci ilə qədər isə dörd əsas strateji dəhliz üzrə növbəti addımların reallaşdırılması planlaşdırılır.

Əvvəlki Yazı

Bakı, Sumqayıt, Şəki, Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək

Növbəti Yazı

Naxçıvanda tibbi personal üçün xüsusi təlimlər təşkil olunub 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.