Avqust 25, 2025-21:25
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Osman Yaylalı: Ağdam ayaqqabı zavodu ildə 510 min cüt ayaqqabı istehsal etmək gücündədir

2024:09:20 - 12:27
in İQTİSADİYYAT
A A

Ağdam Sənaye Parkında fəaliyyətə başlayan ayaqqabı zavodunun məhsulları daxili bazara çıxarılacaq.Bunu “Report”un Ağdama ezam olunan əməkdaşına açıqlamasında Ağdam Sənaye Parkında yaradılan “BAFCO İnvest” MMC xüsusi təyinatlı ayaqqabı zavodunun istehsal üzrə direktoru Osman Yaylalı deyib.Onun sözlərinə görə, “BAFCO İnvest” 2023-cü ildən etibarən, Ağdam Sənaye Parkında öz istehsal sahəsini yaradıb:“Sənayi Parkının 2,5 hektarlıq ərazisinə fəaliyyət göstərən zavodda xüsusi keyfiyyətdə müxtəlif çeşidli və ayrı-ayrı fəsillərə uyğun ayaqqabılar istehsal edilir. Ayaqqabıların üst hissəsi təbii dəridən, alt hissəsi isə bükülmə, sürtünmə və aşınmaya davamlı olan materialdan hazırlanır”.O.Yaylalı bildirib ki, zavodda istehsal edilən uzunboğaz çəkmə və ayaqqabılar təbii təsirlərə və kimyəvi maddələrə qarşı davamlılığı ilə seçilir:“Zavod Almaniya istehsalı olan ən son model avadanlıqlarla təchiz edilib. Müəssisə ildə 510 min cüt ayaqqabı istehsal etmək gücündədir. “BAFCO İnvest”in məhsulları “Made in Azerbaijan” brendi altında daxili bazarlara çıxarılacaq”.Qeyd edək ki, Prezident İlham Əliyevin iştirakı ilə sentyabrın 19-da Ağdam Sənaye Parkında yeni istifadəyə verilən sənaye müəssisələrinin açılış mərasimi keçirilib.

Əvvəlki Yazı

ADY: Orta Dəhlizlə bağlı əsas problemlərdən biri vahid rəqəmsal platformanın olmamasıdır

Növbəti Yazı

Cari ilin 8 ayında 184 mindən çox gənc müxtəlif məşğulluq tədbirlərinə cəlb olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.