Birləşmiş Ştatlar Yaxın Şərqdəki rəqiblərindən daha böyük hərbi potensiala, gücə və vasitələrə malikdir, ona görə də öz qoşunlarına qarşı hücumlara çox səviyyəli cavab verəcək. Bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin mətbuat konfransında bildirib.
“Düşmənlərimizin bir zərbə ilə xilas ola biləcəklərini düşünmürəm. Onların böyük hərbi potensialı var. Amma mənim daha çox potensialım var”.
ABŞ səlahiyyətliləri daha əvvəl İordaniyadakı Amerika əsgərlərinin İraq İslam Müqaviməti tərəfindən hücuma məruz qaldığını bildirmişdilər. Pentaqonun məlumatına görə, bu zərbə nəticəsində 3 Amerika hərbçisi həlak olub, 40-dan çoxu yaralanıb. ABŞ baş verənlərə görə də İranı günahlandırır. ABŞ prezidenti Co Bayden daha əvvəl təsdiqləmişdi ki, o, Vaşinqtonun İordaniya-Suriya sərhəddindəki hücuma dəqiq necə cavab verəcəyi ilə bağlı artıq qərar verib.