ABŞ-ın müdafiə naziri Lloyd Austin Qəzza zolağında quru əməliyyatının radikal Fələstinin Həmas qruplaşması tərəfindən inşa edilən yeraltı tunellərə görə çox daha çətin ola biləcəyini və uzun zaman alacağını bildirib.
“Bu [yerüstü əməliyyat] HƏMAS-ın inşa etdiyi yeraltı tunellər şəbəkəsinə görə daha çətin ola bilər… onların döyüşə hazırlaşmaq üçün çox vaxtları olub”, Ostin ABC telekanalına müsahibəsində deyib. O, həmçinin əlavə edib ki, “şəhər döyüşləri çox mürəkkəbdir” və həyata keçirmək üçün çox vaxt lazım olduğunu dərk etmək lazımdır.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Qəzza zolağında quru əməliyyatının başlama vaxtı ilə bağlı İsrail hakimiyyəti ilə əlaqə saxladığını bildirib. (Tass)