Cari ilin noyabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 609 min barel olub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bunun 492 min barelini xam neft, 117 min barelini kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC+” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.
2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.