İyun ayında bitki yağlarının qlobal qiymətləri may ayı ilə müqayisədə 2,3 faiz artıb.
Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında bildirilir.
Məlumata görə, artıma əsasən palma, soya və kolza yağlarındakı artım səbəb olub.
Hesabatda qeyd olunur ki, palma yağının beyənlxalq bazar qiymətləri güclü qlobal tələbatın təsiri ilə təxminən 5 faiz artıb. Soya yağının qiyməti də iyun ayında yüksəlib. Bu artım Braziliya və ABŞ-da bioyanacağa olan tələbatın artacağı yönündə gözləntilər, həmçinin Cənubi Amerikada soya paxlasının qiymətindəki bahalaşma fonunda baş verib.
Günəbaxan yağının qiyməti isə əksinə, Qara dəniz regionunda istehsal perspektivlərinin yaxşılaşması nəticəsində bir qədər azalıb.