Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu il iyunun 1-dən nəqliyyatın dövlət sərhədindən keçirilməsində elektron növbə sisteminin tətbiqini nəzərdə tutan respublikanın nəqliyyat-logistika sisteminin gələcək inkişafı ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Bu barədə “Legal Information” Telegram kanalı məlumat yayıb.
Qərara əsasən, bu sistemin bütün keçid məntəqələrində tətbiqi nəzərdə tutulub. Beynəlxalq yükdaşımalarda ƏDV-nin sıfıra endiriləcəyi dəqiqləşdirilir. Sənəddə həmçinin qeyd olunur ki, ümumi istifadədə olan avtomobil yolları boyunca yolkənarı xidmət obyektləri yaradılacaq.
Yanvarın 11-də dövlət başçısı aidiyyəti qurumlara elektron növbə sisteminin tətbiqi ilə xaricdən yük axınının artırılması, sərhəd keçid vaxtının 20 dəqiqəyə endirilməsi ilə bağlı tapşırıq verib. (Tass)