Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 5-7-də Rusiyaya rəsmi səfər edəcək və Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. Bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev oktyabrın 5-7-də bu ölkəyə rəsmi səfər edəcək”, – deyə Özbəkistan prezidentinin saytında yerləşdirilən məlumatda bildirilir. “Qalma proqramına uyğun olaraq, Moskvada iki dövlətin liderləri arasında danışıqlar nəzərdə tutulur . Özbəkistanın baş naziri Rusiyanın baş naziri Mixail Mişustinlə də görüşəcək”.
Qarşıdakı görüşlərin gündəliyinə ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi məsələləri daxildir. Mirziyoyevin mətbuat xidməti qeyd edir ki, ilk növbədə ticarət-iqtisadi, investisiya, miqrasiya və humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriləcək. (Tass)
Özbəkistan prezidentinin rəsmi səfəri proqramına onun Tatarıstana səfəri daxildir, burada respublikanın rəhbəri Rüstəm Minnixanovla danışıqlar aparılacaq.