İki ölkə prezidentləri Şavkat Mirziyoyev və Emmanuel Makron arasında aparılan danışıqların yekununda Özbəkistan və Fransa arasında əməkdaşlığa dair 8 sənəd imzalanıb. Bu barədə Özbəkistan liderinin mətbuat xidmətinin məlumatında deyilir.
“Prezidentlərin iştirakı ilə maliyyə, təhsil, mədəniyyət və dövlətlərarası əməkdaşlığın digər sahələrində 8 ikitərəfli sənəd imzalanıb”, – məlumatda deyilir. Onlar əlavə ediblər ki, görüşdən sonra prezidentlər iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyəti barədə birgə bəyanat da qəbul ediblər.
Mətbuat xidmətinin məlumatına görə, imzalanmış sənədlər arasında Səmərqənd Fransız Alyansının yaradılması və fəaliyyəti haqqında hökumətlərarası saziş, Özbəkistanın içməli su təchizatı infrastrukturunun yaxşılaşdırılmasına dair protokollar, diplomatik kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında bəyannamələr var. Sənədlərə, həmçinin Özbəkistanda Fransa İnkişaf Agentliyinin və onun investisiya strukturu olan Proparco-nun filialının və fəaliyyətinin yaradılması və təhsil sahəsində əməkdaşlıq haqqında sazişə əlavələr haqqında protokollar daxildir.
Makron noyabrın 1-də Özbəkistana rəsmi səfərə gəlib. Prezidentlər dar və geniş tərkibdə danışıqlar aparıblar. (Tass)