Avqust 25, 2025-8:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Özbəkistanlı alimlər ADPU-nun Quba filialında olublar

2024:06:04 - 15:48
in SOSİAL
A A

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Peşə təhsili fakültəsinin dekanı dosent Maxmudcan Kadirov və Təsviri incəsənət kafedrasının müdiri professor Urinbay Nurtayevlə görüş keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, filialın Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində keçirilən görüşdən öncə iki qardaş ölkənin tarixi, bu günü və təhsil sistemindəki oxşarlıqlar və fərqliliklərindən danışılıb. Sonra qonaqlar Mərkəzlə tanış olub, eksponatlar və stendlər haqqında məlumat alıblar.

Tədbirdə çıxış edən filialın direktoru dosent Yusif Alıyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə iki ölkə arasında yaranan əlaqələrin inkişafı bütün sahələrdə sürətlə davam edir. Bu kontekstdə ADPU da qardaş Özbəkistan universitetləri ilə ədəbiyyat, mədəniyyət sahəsində birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi istiqamətində fəaliyyətlər icra edir.

Görüşdə qonaqlar Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzinin fəaliyyətini yüksək qiymətləndiriblər.

Tədbirdə çıxış edən müəllim və tələbələr universitetlər arasında qurulacaq əlaqələrə istiqamət verən fikirlər səsləndiriblər.

Tələbələr növbəti görüşlərdə qardaş özbək tələbələrinin də iştirak etməsini arzuladıqlarını və özlərinin də Özbəkistana getmək istəklərini bildiriblər. Onlardan Günəş İskəndərovanın səsləndirdiyi şeirlər, Əminə Vəliyeva, Tofiq Dadaşov və Gülyanaq Əhmədovanın ifasında təqdim olunan özbək və Azərbaycan musiqi nömrələri qonaqlara yaddaqalan anlar yaşadıb.

Əvvəlki Yazı

Suriya Türkiyə ilə dialoqu yalnız qoşunlarını çıxardıqdan sonra bərpa edəcəyini bildirib

Növbəti Yazı

Kipr Qəzzaya kömək edəcək dəniz dəhlizinin quru keçid məntəqələrinə alternativ olmayacağını düşünür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.