May 9, 2025-21:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Pərviz Şahbazov: “Bu il BTC ilə 609 min ton Qazaxıstan nefti nəql olunub”

2023:10:04 - 13:26
in İQTİSADİYYAT
A A
Bu ilin sonuna kimi Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) ilə nəql olunan Qazaxıstan neftinin həcmi 1,1 milyon tona çatdırılacaq.

“Report” Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “Qazaxıstan Enerji Həftəsi-2023/XV Avrasiya Forumu KAZENERGY” tədbiri çərçivəsində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 1-ci Enerji Forumunda onlayn formatda çıxışı zamanı deyib.

“BTC sisteminə bu ilin aprel-sentyabr aylarında təxminən 609 min ton Qazaxıstan nefti nəql olunub. Bunun 493 min tonu Ceyhan limanından dünya bazarına göndərilib”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, BTC vasitəsilə Azərbaycandan Azəri-Çıraq-Günəşli nefti və “Şahdəniz” kondensatı, eləcə də digər mənbələrdən xam neft və kondensat həcmləri nəql olunur.

BTC-nin hazırkı ötürmə gücü gündə 1,2 milyon barel və ya ildə 50 milyon ton təşkil edir.

1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 531 milyon tondan çox (3,99 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5244 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

18 yanvar 2023-cü il tarixində BTC 4 milyard barel neft ixracını qeyd edib.

Kəmərin açılışı 17 il öncə – 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.

Əvvəlki Yazı

Bakıda məşhur xalça dizayneri Yan Katın sərgisi açılıb

Növbəti Yazı

Həmid Həmidov: “Fransanın Ermənistanı silahlandırması regionda təhlükəsizliyə mənfi təsir göstərəcək”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.