Pakistan ABŞ ilə münasibətləri yaxşılaşdırmaq üçün Çinlə əlaqələrini qurban vermək niyyətində deyil. Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Bəluç deyib.
Dawn qəzeti diplomatın sözlərini sitat gətirir : “Həm ABŞ-la münasibətlər, həm də Çinlə münasibətlər bizim üçün vacibdir. Pakistan bir ölkə ilə münasibətlərin digər ölkə ilə qarşılıqlı əlaqəyə qurban veriləcəyi vəziyyətə inanmır”.
İslamabad strateji tərəfdaşı Çinlə münasibətləri gücləndirməkdə davam edəcək, eyni zamanda ABŞ-la yaxın münasibətlərini dəyərləndirəcək. “Biz Vaşinqtonla konstruktiv qarşılıqlı fəaliyyətə ümid edirik, bu münasibətləri suveren bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsasında inkişaf etdirmək istərdik”, – XİN sözçüsü vurğulayıb. (Tass)