Pakistan hakimiyyəti müsəlmanların iftar bayramı olan Ramazan bayramı zamanı Əfqanıstana qarşı hərbi əməliyyatları dayandırmaq qərarına gəlib. Bu barədə Pakistanın informasiya və yayım naziri Attaullah Tarar bildirib.
O, X-də yazıb: “Qarşıdan gələn İslam bayramı olan Ramazan bayramı ərəfəsində Pakistan İslam Respublikası hökuməti öz təşəbbüsü və qardaş İslam ölkələri – Səudiyyə Ərəbistanı Krallığı, Qətər Dövləti və Türkiyə Respublikasının tələbi ilə Əfqanıstanda terrorçulara və onların dəstək infrastrukturuna qarşı davam edən “Qəzab lil Haq” əməliyyatının müvəqqəti dayandırılmasını elan etmək qərarına gəlib”. Nazir aydınlıq gətirib ki, atəşkəs 18-19 mart gecəsi qüvvəyə minəcək və yerli vaxtla 23-24 mart gecəyarısına qədər davam edəcək.
