İran Silahlı Qüvvələrinin Pakistan ərazisinə endirdiyi zərbə ölkənin hava məkanının pozulmasıdır və bu, ağır nəticələrə səbəb ola bilər. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin departamentin saytında yerləşdirilmiş bəyanatında deyilir.
“Pakistan İranın əsassız olaraq hava məkanını pozmasını və iki günahsız uşağın ölümü və üç qızın yaralanması ilə nəticələnən Pakistan ərazisinə zərbə endirməsini qətiyyətlə pisləyir. Pakistanın suverenliyinin bu şəkildə pozulması tamamilə qəbuledilməzdir və ciddi nəticələrə səbəb ola bilər”, – mətndə deyilir. (Tass)