Pakistanın Seçki Komissiyası hökumət koalisiyasının lideri, Pakistan Xalq Partiyasının (PPP) həmsədri Asif Əli Zərdari və müxalif Birləşmiş Sünni Şurasının nümayəndəsi Mahmud Xan Açakzayı prezident postuna namizəd kimi qeydə alıb. Bu barədə The Express Tribune qəzeti məlumat yayıb.
Seçki Komissiyası digər partiyaların namizədlərini qeydə almaqdan imtina edib. Prezident seçkiləri martın 9-da keçiriləcək. Pakistan Konstitusiyasına uyğun olaraq, onlar parlament seçkilərindən bir ay sonra və ya hazırkı dövlət başçısının prezidentlik müddətinin bitməsinə bir ay qalmış keçirilir. (Tass)