Rusiya beynəlxalq siyasətdə “vacib olan qüvvədir” və Hindistan və Pakistan arasında gərginliyin azaldılmasında çox böyük rol oynaya bilər. Bunu TASS-a müsahibəsində Pakistanın Moskvadakı səfiri Məhəmməd Xalid Camali deyib.
“Biz Rusiyanı beynəlxalq siyasət məsələlərində əvəzolunmaz qüvvə hesab edirik”, – səfir qeyd edib. “Və indi, Rusiyanın Hindistanla imtiyazlı strateji tərəfdaşlığı və Pakistanla çox yaxşı münasibətləri olduğundan, o, iki qonşumuz – nüvə qonşularımız arasında gərginliyin azaldılmasında çox böyük rol oynaya bilər, vurğulayardım”.
Pakistan diplomatik missiyasının rəhbəri xatırladıb ki, Rusiya “həmişə müəyyən rol oynayıb”. “Tarixi xatırlayırsınızsa, Daşkənd Bəyannaməsi (SSRİ Nazirlər Şurasının sədri Aleksey Kosıginin iştirakı ilə 1966-cı ildə Pakistan və Hindistan arasında imzalanmış saziş) imzalanarkən Rusiya Hindistan və Pakistan arasında sülh sazişində vasitəçi kimi çıxış edib”, – səfir vurğulayıb. (Tass)